Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı ərəfəsində Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası və Beynəlxalq Sumo Federasiyası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) iki antidopinq maarifləndirmə vebinarı təşkil edib.
AMADA-dan verilən məlumata görə, vebinarlar müvafiq olaraq çempionatda iştirak edəcək idmançılar və onların köməkçi heyəti üçün nəzərdə tutulub.
Maarifləndirmə tədbirlərinin məqsədi iştirakçıların antidopinq qaydaları üzrə biliklərini artırmaq, hüquq və öhdəliklərini izah etmək, mümkün antidopinq risklərinin qarşısının alınmasına dəstək göstərmək olub.
Vebinarlarda antidopinq qayda pozuntuları və onların nəticələri, dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı, dərman və qida əlavələrinin istifadəsi ilə bağlı risklər, terapevtik İstifadə üçün istisnalar, eləcə də mümkün dopinq halları barədə məlumat təqdim edilib. Hər iki vebinarın sonunda iştirakçıların sualları cavablandırılıb və mövzular üzrə əlavə izahlar verilib. Vebinarlar idmançıların və onların köməkçi heyətinin dünya çempionatına daha məlumatlı hazırlaşmasına, idmançı sağlamlığının qorunmasına və təmiz idman prinsiplərinin təşviqinə xidmət edib.
Qeyd edək ki, sumo üzrə dünya çempionatı oktyabrın 17–18-də baş tutacaq.
TREND
- Azərbaycanda yeni lombard şirkəti təsis edilib
- AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
- Hakan Fidan sabah Bakıya gəlir
- Azərbaycanda 9 ayda “yaşıl enerji” istehsalı 4,2 milyard kVt·st təşkil edib
- BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
- Rəsmi Bakı Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırıb
- Azərbaycan–Kamboca münasibətləri: siyasi dialoq və beynəlxalq əməkdaşlığın yeni mərhələsi
- Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək


