Azərbaycanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsindən azad edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Sultan Məhəmməd oğlu Qasımov vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, S.Qasımov 2016-cı ildə Sankt-Peterburq şəhərində Baş konsul vəzifəsinə təyin edilmişdi.


