Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelu di Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.
BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.
Məlumata görə, hazırkı prezident 65,51% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (12,33%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (9,57%) təqib edir.
*Saat 23:51
Portuqaliyada keçirilən prezident seçkiləri başa çatıb.
BAKU.NEWS xəbər verir ki, seçkilər koronavirus pandemiyası və epidemik vəziyyətin kəskinləşməsi fonunda keçirilib.
Seçkilərdə yeddi namizəd, o cümlədən respublikanın hazırkı lideri Marselu Rebelu di Souza yarışıb.
Məntəqələr Bakı vaxtı ilə saat 12:00-da açılıb, 23:00-da isə bağlanıb.


