Porsche yenilənmiş “Cayenne” krossoverini təqdim edib.
BAKU.NEWS motor.ru saytına istinadla xəbər verir ki, yeni model əvvəlki modeldən həm gücü həm də bir sıra interyer dəyişikliyi ilə fərqlənir.
Yeni krossoverdə təkərlərin diapazonu dəyişdirilib. 32 000 diodlu HD Matrix LED faralar quraşdırılıb. Həmçinin salonda bir sıra dəyişiklik olmuşdur.
Yeni model müxtəlif parametlərinə görə, 80-90 min dollar arasında dəyişir.
Sevinc Kərimova


