Polşada koronavirusun qarşısını almaq üçün tətbiq edilən sərt karantin rejimi yanvarın 31-dək uzadılıb.
BAKU.NEWS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Adam Nedzelski məlumat yayıb. Qeyd olunub ki, məhdudiyyətlərə baxmayaraq, ibtidai sinif şagirdləri 18 yanvardan etibarən ənənəvi təhsil sisteminə keçəcəklər.
Alış-veriş mərkəzləri, otellər, restoranlar və mədəni, idman mərkəzləri fəaliyyət göstərməyəcək. Dini ibadətgahlar, marketlər bəzi məhdudiyyətlərlə işləyəcək. Həmçinin 5 nəfərdən çox insanın toplaşması qadağandır.
Qeyd edək ki, Polşada 220 min səhiyyə işçisinə peyvənd vurulub. Son sutkada 4 min 622 nəfər koronavirusa yoluxub.


