Uzun illər Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışmış, ölkəmizin Rusiyadakı keçmiş səfiri, Milli Məclisin 81 yaşlı deputatı Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.
Redaksiya Gununsesi.info-ya istinadən xəbər verir ki, 81 yaşlı Polad Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb.
Ancaq deputatın subaylığı uzun çəkməyib və o, başqa bir xanımla ailə həyatı qurub. Bildirilir ki, Polad Bülbüloğlu yeni həyat yoldaşı ilə bu yaxınlarda Qəbələdə keçirilən musiqi festivalında iştirak edib.
Festivaldan sonra isə Bülbüloğlu yeni xanımı ilə Bodruma istirahətə yollanıb.
Məsələ ilə bağlı Polad Bülbüloğlunun özündən açıqlama almaq cəhdləri isə nəticəsiz qalıb. Deputat zəngləri və mesajları cavabsız qoyub.
Qeyd edək ki, Polad Bülbüloğlunun ilk evliliyi Ukrayna və Rusiya opera müğənnisi, SSRİ Xalq artisti Bela Rudenko ilə olub. Onun böyük oğlu Teymur Məmmədov bu evlilikdən doğulub. Polad Bülbüloğlunun Gülnarə Şıxəliyeva ilə evliliyindən isə Leyla və Murtuza adlı iki övladı var.
TREND
- “Abu Hava Green Tone” restoranında baş verən dava ilə bağlı YENİ DETALLAR
- Bakıda deputatın oğlu adam ÖLDÜRDÜ – DƏHŞƏTLİ VİDEO
- Xəzərdə kütləvi balıq tələfatı baş verib
- Süni intellekt həkimləri üstələdi
- Evləri talayan şəxs tutuldu
- Bakıda kafedə kütləvi dava – Bir nəfər öldürüldü
- Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
- Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib


