Qaradağ Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Nadir Muradov və onunla birgə məhkum edilmiş Qafar Abdullayevin cəzası azaldılıb.
Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.
N.Muradovla Q.Abdullayev bu ilin avqustunda vəzifəli şəxsin qərarına qanunsuz təsir etməkdə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdilər.
Amma onlar bu hökmlə razılaşmayaraq apellyasiya şikayəti veriblər. Şikayətdə həbslə bağlı cəzanın dəyişdirilməsi xahiş edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfləri dinlədikdən sonra şikayətləri qismən təmin edib. Qərara əsasən, Nadir Muradov və Qafar Abdullayevin cəzası 1 il 3 aydan 1 ilə endirilib. Onlar ötən ilin oktyabrın 31-dən həbsdə olduqları üçün 8 gün sonra azadlığa çıxacaqlar.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən il Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, bir neçə vəzifəli həbs edilib. Bu hadisədən bir müddət sonra rayonun icra başçısı Süleyman Mikayılov vəzifəsindən azad edilib. Mikayılov saytımıza açıqlamasında bu cinayətlə əlaqəsinin olmadığını, istintaqa ifadə vermədiyini deyib. (Qafqazinfo)
TREND
- “Aqrar sahə haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub
- Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
- Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək
- “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub
- DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib
- Kanada müdafiə sənayesində Türkiyədən nümunə götürmək istəyir
- Cəzaları azaldıldı – 1 həftəyə azadlığa çıxırlar
- “20 Sentyabr” stansiyasının istismara veriləcəyi vaxt AÇIQLANDI


