ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial media hesabında paylaşım edib.
“Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik”, – M. Pezeşkian qeyd edib.
O, ABŞ-nin “məntiqsiz meydan oxumaları”na və “əsassız təhdidlər”inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.
Qeyd edək ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşüb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai daha əvvəl Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacağını açıqlayıb. (Report)
TREND
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini təltif edib
- Daşkənddə beynəlxalq kardiologiya tədbirləri keçirilir


