“PAŞA Bank” ASC 2025-ci ilin maliyyə nəticələri əsasında səhmdarlarına daha 53,5 milyon manat dividend ödəyəcək.
Redaksiya bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, dividendi oktyabrın 30-da Milli Depozit Mərkəzi (MDM) hər bir səhmdarın müvafiq bank hesabına köçürəcək. Bundan əvvəlki ödəniş isə 53,5 milyon manat olmaqla iyulun 9-10-da başa tutub. Beləliklə, səhmdarlara ümumi dividend ödənişi “PAŞA Bank”da payı olan şəxslərin bu il iyunun 18-də keçirilmiş Ümumi Yığıncağında qəbul olunmuş qərara uyğun olaraq 107 milyon manata yüksələcək. Bu, Bankın ötənilki xalis mənfəətinin 57,7 %-i deməkdir və IPO zamanı elan olunan minimum 30-40 %-lik həddi üstələyir.
Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 53,97 %-i daxil olduğu “PAŞA Maliyyə Holdinqi” MMC-yə, 26,77 %-i “Bless” MMC-yə, 9,5 % Arif Paşayevə, 5 %-i 18 minə yaxın fiziki şəxsə, 4,76 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
TREND
- ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi 387 milyon manata çatıb
- “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!
- Energetika Nazirliyində kollegiya iclası keçirilib
- Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
- Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
- “Biokor” istehsal müəssisəsinə məxsus qida məhsulu məhv edilib
- “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
- “Ziraat Bank Azərbaycan” maliyyə vəziyyətini açıqlayıb


