Bu ilin III rübündə də Azərbaycan əhalisinin borclanmasında artım davam edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilir.
Sənədə əsasən, iyul-sentyabr aylarında respondent bankların 78 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 17 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.
III rübdə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunub. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayıb. Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artıb. Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.
TREND
- Özcan Deniz Park Cinemada “Son Yemek” filmini şəxsən təqdim etdi – FOTOLAR
- AMB: Əhalinin borclanmasında artım davam edir
- “PAŞA Bank” X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
- Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
- Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb
- “Aztelekom”un təcrübəsi Filip Kotlerin beynəlxalq nəşrində təqdim olundu
- Kəlbəcərin bərpası və Böyük Qayıdış
- Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib


