“PAŞA Bank” 24–25 noyabr 2026-cı il tarixlərində keçirilən X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusuna həsr olunan forum bankların, tənzimləyici qurumların, maliyyə texnologiyaları şirkətlərinin və texnologiya provayderlərinin nümayəndələrini, eləcə də yerli və beynəlxalq ekspertləri bir araya gətirib.
Tədbir çərçivəsində süni intellektin maliyyə xidmətlərində tətbiqi, açıq bankçılıq, yeni nəsil ödəniş sistemləri, kibertəhlükəsizlik və dələduzluğun qarşısının alınması kimi aktual mövzular müzakirə olunub. Rəqəmsal aktivlər, məlumat əsaslı bankçılıq, dayanıqlı maliyyələşdirmə və müasir kreditləşdirmə həlləri də forumun əsas müzakirə istiqamətləri sırasında yer alıb.
Forum bank sektorunun inkişaf perspektivlərinin müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və sektor iştirakçıları arasında əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradıb.
Qeyd edək ki, “PAŞA Bank” maliyyə sektorunun dayanıqlı inkişafına, rəqəmsal transformasiyaya və innovativ bankçılıq həllərinin tətbiqinə töhfə verən təşəbbüsləri dəstəkləməyə davam edir.
TREND
- Özcan Deniz Park Cinemada “Son Yemek” filmini şəxsən təqdim etdi – FOTOLAR
- AMB: Əhalinin borclanmasında artım davam edir
- “PAŞA Bank” X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
- Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
- Azərbaycanda median sürətin artım tempi son illərin ən aşağı səviyyəsinə düşüb
- “Aztelekom”un təcrübəsi Filip Kotlerin beynəlxalq nəşrində təqdim olundu
- Kəlbəcərin bərpası və Böyük Qayıdış
- Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib


