Bakının 192 saylı məktəbində dərs saatı ərzində müəllimin hər şagirdlə maraqlanmasına cəmi 30 saniyə vaxt düşür. Bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı bildirib.
O, şagird sıxlığını azaltmaq üçün məktəbin ərazisi imkan verdiyi halda modul tipli sinif otaqlarının tikilməsini təklif edib.
“Məktəbdə 850 şagird yeri var və bu məktəbdə 2 551 uşaq təhsil alır – tutumundan üç dəfə çox. Bu məktəbdə uşağı necə savadlı, hazırlıqlı və tələblərə uyğun yetişdirmək mümkündür?” – deputat əlavə edib.
“Məktəbin idman zalı 25 kvadratmetrdir, hündürlüyü üç metrdir. Bu zalda məktəb dövründə hansı idman vərdişlərini əldə etmək mümkündür?” – o deyib.
Deputat bildirib ki, məsələ ilə bağlı baş nazirə məktub göndərib və təkliflərini təqdim edib.
“Məktəbin ərazisində yer varsa, modul tipli 10-15 sinif otağının salınması bu sıxlığı minimum iki dəfə azalda bilər və növbəlilik məsələsində məktəbə kömək edə bilər”, – Mustafa deyib. (Anews)
TREND
- “20 Sentyabr” stansiyasının istismara veriləcəyi vaxt AÇIQLANDI
- Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi
- “DOST Müfəttiş” layihəsinin iştirakçısı öz təcrübəsini bölüşüb – VİDEO
- Deputat mobil nömrələrin təkrar satışı ilə bağlı təklif verib
- Qubaya çatana kimi radio tezliyi azı 3 dəfə dəyişir – deputatdan irad
- Hər şagirdə 30 saniyə vaxt düşür – deputat məktəbdəki problemdən danışdı
- Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
- Yeni icra başçısı kollektivə təqdim olundu


