Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, havanın temperaturu gecə 16-19° isti, gündüz 20-23° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-16° isti olacaq.
TREND
- ADY qatarlarına daş atılması halları 38% azalıb
- Sabah güclü külək əsəcək
- Samsun — tarixin dənizlə qovuşduğu şəhər
- ASA ilə Dövlət Vergi Xidməti arasında görüş keçirilib
- Külli miqdarda borcu olan “Azumi Motors” xaricə pul köçürdü, MƏHKƏMƏ CƏRİMƏLƏDİ
- Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib
- Həkimlikdən nazir postuna – Anar Bayramovun DOSYESİ
- TƏBİB-in icraçı direktorunun müavinlərinin sayı artırıldı: Nazir təyin edəcək


