Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə 8 Noyabr – Zəfər Günü münasibətilə təbrikinə görə təşəkkür edib.
Bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.
Paylaşımda deyilir: “Əziz qardaşım Məhəmməd Şahbaz Şərif, məni və Azərbaycan xalqını Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.
8 Noyabr xalqımız üçün torpaqlarımızın azad olunmasını və 30 ilə yaxın davam edən işğala son qoyulmasını təcəssüm etdirən əlamətdar bir gündür.
Biz Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk. Keçən il Bakıda keçirilən Zəfər Paradında iştirakınız əbədi dostluğumuzun və qardaşlığımızın daha bir təzahürü oldu”.
TREND
- Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
- Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb
- Prezident İlham Əliyev: Pakistanın sarsılmaz həmrəyliyini yüksək qiymətləndiririk
- Bu gün Azərbaycanda Zəfər Günüdür
- İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
- Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
- İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
- Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib


