Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Dövlət Agentliyindən bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də agentliyin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – noyabrın 7 və 10-da fəaliyyət göstərəcək.
Sahibkarlar qeyd edilən tarixlərdə müvafiq xidmətlərdən yararlanmaq üçün iş günlərində olduğu kimi aidiyyəti üzrə müraciət edə bilərlər.
TREND
- İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi
- “802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək
- Ağdaşda Heyva festivalında ziyarətçiləri maraqlı təqdimatlar gözləyir
- Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
- Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər
- “8 Noyabr – Zəfər Günü” ilə bağlı Şuşada qazilərlə görüş keçirilib
- Daha iki təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib
- “AzInTelecom”un əməkdaşları Ağdamda 300 ağac əkib


