Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dəftərxana və təsərrüfat malları alacaq.
Plat.az-ın əldə etdiyi məlumata görə, bunun üçün “Simplex” QSC-ə 18 milyon 827 min 186 manat ödəniləcək.
“Simplex” QSC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A (City Point) ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Elmir Fətullayev Tofiq oğludur.
“Simplex” QSC son üç ildə Nazirliyin satınalmalarında ən çox müqavilə qazanan şirkətlərdən biri olub. Şirkət 2024–2026-cı illər ərzində əsasən Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ümumi dəyəri təxminən 85,1 milyon manat olan tenderlərin qalibi olub.
Bu müqavilələr dəftərxana və təsərrüfat malları, maşın və avadanlıqlar, yumşaq inventar və xüsusi geyimlər, alternativ yanacaq vasitələri, inklüziv təhsil üçün avadanlıqlar, laboratoriya ləvazimatları, İT avadanlıqları, eləcə də müxtəlif çap və atribut məhsullarının satın alınmasını əhatə edib.
TREND
- “Turan Tovuz” “Fənərbağça”ya məğlub oldu
- Sahibə Qafarova Tanzaniyaya gedib
- Bakıda DÇ başlayır
- İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək
- Neftçalada Kürün qədim ana yatağının izləri üzə çıxıb
- Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb


