Beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanın bank sistemində aparılan prudensial siyasət və tətbiq olunan requlyativ kapital tələbləri yüksək qiymətləndirilib.
“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın “Baa3” kredit reytinqini “müsbət” proqnozla təsdiqləyib.
Agentliyin qiymətləndirməsinə görə, nəzarət çərçivəsinin və prudensial tənzimləmənin beynəlxalq standartlara uyğunluğunun təkmilləşdirilməsi bank sektorunun dayanıqlılığını gücləndirən əsas amillərdəndir.
Agentlik tətbiq olunan kapital tələblərinin bankların ödəmə qabiliyyətini artırdığını bildirir. Eyni zamanda, agentlik Azərbaycanda Bazel III çərçivəsində yeni kapital buferlərinin tətbiq edildiyini, Bazel III standartlarına tam uyğunluğun isə 2027-ci ildə təmin olunmasının gözlənildiyini qeyd edib.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


