Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
BAKU.NEWS xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.
O, səfər çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədov və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.
Danışıqlarda Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.


