Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada söz, fikir və məlumat azadlığına dair konkret müddəalar öz əksini tapıb. O, bu müddəaların ölkəmizdə media sahəsində həyata keçirilən tədbirlərin çıxış nöqtəsi olduğunu vurğulayıb.
BAKU.NEWS xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bu gün Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Ötən il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblərin və çıxış yolları barədə tövsiyələrin əksini tapdığını diqqətə çatdıran Ə.İsmayılov vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdən, müasir, güclü, dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə gəlir: “Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır”.
Sevinc Kərimova


