Amerikanın Microsoft korporasiyası 2019-cu ildən süni intellekt üçün prosessorların yaradılması üzərində işləyir.
BAKU.NEWS “The Information” nəşrinə istinadla xəbər verir ki, şirkət artıq dörd ildir gizli şəkildə çiplər hazırlayır.
Məlumata görə, şirkət süni intellektlə işləmək üçün öz həllərini artıq təqdim edib. Yeni süni intellektlə işləyəcək prosesi yaratmaq üçün 300-ə yaxın mütəxəssis işə cəlb edilib. Layihə ilkin olaraq Afina kod adı ilə hazırlanır.
Qeyd edək ki, prosessor kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir. Prosessorlar ana kartın ortasında olan və xüsusi olaraq hazırlanan CPU yuvası və ya prosessorsocketi deyə adlandırılan hissəyə birləşdirilir.
Sevinc Kərimova


