“Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki iş yerində dünyasını dəyişib.
Bu barədə BAKU.NEWS-a Metropolitendən məlumat verilib.
Bildirilib ki, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55-də “Elmlər Akademiyası” stansiyasında özünü pis hiss edib. Dərhal təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər o dünyasını dəyişib.


