90-cı illərin məşhur yumoristi Entoni Conson Los-Ancelesdə mağazaların birində ölü halda tapılıb.
BAKU.NEWS xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı aktyorun meyiti aşkarlandıqdan sonra sağ olduğu ehtimal edilərək xəstəxanaya aparılıb. Consonun ölüm səbəbi bilinmir.
Qeyd edək ki, Entoni Conson 50-dən çox filmdə və televiziya şousunda yer alıb. O, “stand-up”ları ilə məşhurdur.


