Kraudfandinq platformalarına Mərkəzi Bank nəzarət edəcək.
Məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kraudfandinq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Belə ki, layihəyə əsasən, kraudfandinq platformalarını yalnız Mərkəzi Bankın reyestrinə daxil edilmiş operatorlar idarə edə biləcəklər. Operatorlar məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradılacaq, onların minimum nizamnamə kapitalı, məcmu kapitalı, daxili idarəetmə sistemi, texniki təhlükəsizlik standartları və fəaliyyət qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.
Layihədə operatorların maraqlar münaqişəsinin qarşısının alınması, platformalarda yerləşdirilən layihələrin şəffaflığının təmin edilməsi, investorların məlumatlandırılması və maliyyə hesabatlarının açıqlanması ilə bağlı yeni tələblər də yer alıb. Eyni zamanda operatorların öz platformalarında yerləşdirilən layihələrin sahibi olmaları qadağan edilir, onların yalnız məhdud həcmdə investisiya qoymasına icazə verilir.
Qanun layihəsinə əsasən, kraudfandinq sahəsində dövlət tənzimlənməsi və nəzarəti tam şəkildə Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
TREND
- COP31 çərçivəsində Antalyada dayanıqlı turizmin gələcəyi müzakirə olunub
- “ASAN xidmət” və IDEA “Bir arzu, bir fidan” layihəsini reallaşdırıb
- Laçında turizm obyektlərinin açıq məkandakı reklamları və qanunvericiliyin tələbləri müzakirə olunub
- “AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib
- AQC-nin mətbuat katibi qiymətləndirici kimi ikinci sertifikatını aldı
- Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
- YAP-ın yaranması müasir Azərbaycan dövlətçiliyinin inkişafında tarixi dönüş nöqtəsidir!
- “AzInTelecom” və “Presight” SİMA-nın beynəlxalq bazara çıxarılması üçün əməkdaşlıq edəcək


