Mərkəzi Bankın baş direktoru Fuad İsayev Avropa Yenidənqurma və İnkişaf Bankının təşəbbüsü ilə Bakıda keçirilən “Biznesdə Gənclər Proqramı – Qafqaz” tədbirində açılış nitqi ilə çıxış edib.
Baş direktor çıxışı zamanı Mərkəzi Bankın sahibkarlarla davamlı dialoqa xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, kreditləşmə və girov təminatı şərtlərinin təkmilləşdirilməsi, eləcə də regionlarda bank xidmətlərinin əlçatanlığının və rəqəmsal maliyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Qeyd edək ki, tədbirdə gənclərin iqtisadi fəallığının artırılması, innovativ biznes ideyalarının təşviqi və regionlarda sahibkarlıq ekosisteminin inkişafı məsələləri müzakirə edilib.


