İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yerləşən Əmək Mərkəzinin İcraiyyə Şurasının onlayn formatda ikinci iclası keçirilib.
İclas müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Şuranın sədri, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev İƏT Əmək Mərkəzinin Təşkilata üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsində önəmli rolunu qeyd edib.
O, keçirilən bu iclasın Əmək Mərkəzinin fəaliyyətində əldə etdiyi irəliləyişləri nəzərdən keçirmək, əsas institusional, idarəetmə və maliyyə məsələlərini müzakirə etmək, həmçinin Mərkəzin Baş Assambleyasının qarşıdan gələn İkinci Sessiyası üçün tövsiyələr hazırlamaq baxımından imkan yaratdığını bildirib.
Şuranın sədr müavini, Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M. Abuthnainin və İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramovun çıxışları dinlənilib.
İclasın gündəliyi və iş proqramı təsdiq edildikdən sonra Mərkəzin fəaliyyətinə dair hesabat, habelə maliyyə hesabatı təqdim edilib. Mərkəzlə bağlı institusional və tənzimləyici məsələlər, idarəetmə, üzvlük, beynəlxalq əməkdaşlıq və s. məsələlər müzakirə edilib.
Mərkəzin Baş Assambleyasına təqdim olunacaq qətnamə və tövsiyələrin layihələri nəzərdən keçirilərək təsdiqlənib və iclasın yekun hesabatı qəbul edilib.
TREND
- Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
- “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” – filmini CineMastercard-da təqdim edəcək
- Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə yeni sədr seçilib
- Kardiologiya İnstitutunda həkimlərə konkret tapşırıqlar verildi
- Rəşad Mustafayev İƏT Əmək Mərkəzinin iclasına sədrlik etdi
- Rəqəmsal valyutalar və kibertəhlükəsizlik Mərkəzi Bankın gündəmində
- Mərkəzi Bankdan beynəlxalq mediaya: rəqəmsal ödənişlər və fintex bazarı
- Mərkəzi Bank sahibkarların maliyyəyə çıxışını genişləndirir


