Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edib.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər:
“Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.
Açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürcülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar.
Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.
TREND
- Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
- “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” – filmini CineMastercard-da təqdim edəcək
- Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə yeni sədr seçilib
- Kardiologiya İnstitutunda həkimlərə konkret tapşırıqlar verildi
- Rəşad Mustafayev İƏT Əmək Mərkəzinin iclasına sədrlik etdi
- Rəqəmsal valyutalar və kibertəhlükəsizlik Mərkəzi Bankın gündəmində
- Mərkəzi Bankdan beynəlxalq mediaya: rəqəmsal ödənişlər və fintex bazarı
- Mərkəzi Bank sahibkarların maliyyəyə çıxışını genişləndirir


