Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 336 məktəbəqədər təhsil müəssisəsinə 2023-cü ildə 34 995 uşaq cəlb olunub.
Bakı şəhəri Hövsan qəsəbəsində (MİDA Yaşayış Kompleksi) 13 və 14 saylı uşaq bağçaları istifadəyə verilib.
Eyni zamanda Bakı şəhəri Ramana qəsəbəsində 347 saylı uşaq bağçası və Xocəsən qəsəbəsində 348 saylı uşaq bağçası yaradılıb. Hazırda həmin müəssisələrin fəaliyyətə başlaması üçün zəruri tədbirlər görülür.


