İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) çağırışının dəstəyi ilə Türkiyə Respublikasının Antalya şəhərərində “Toxumçuluq sektorunun Covid-19 riskinə qarşı dayanıqlılığı” mövzusunda təlim keçirilib.
BAKU.NEWS xəbər verir ki, 5 gün davam edən təlimdə Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva da iştirak edib.
Təlim çərşivəsində müxtəlif təqdimatlar olub. Toxumçuluq sektorunun innovativ üsüllarla inkişafı baradə mühazirələr dinlənilib. Gələcəkdə bu sahədə görüləcək işlərin planları hazırlanıb.
Təlimdə həmçinin Azərbaycan Toxumçular Assosiasiyasının fəaliyyəti istiqaməti barədə geniş təqdimatlar keçirilib.















