Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə mediatorlar üçün sığorta təlimi keçirilib.
Adı çəkilən qurumların rəsmilərinin də iştirak etdiyi və 2 saylı mediasiya təşkilatında baş tutan “Sığorta sahəsinin əsasları” mövzusuna həsr olunmuş təlimdə ASA-nın ekspert qrupunun üzvü, təlimçi Araz Əlaslanlı mediatorlara sığorta prosesləri haqqında geniş məlumat verib və yaranan sualları cavablandırıb.
Bildirilib ki, bu kimi təlimlər növbəti mərhələdə də silsilə şəkildə təşkil ediləcək.


