İngiltərə Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
BAKU.NEWS xəbər verir ki, “Mançester Yunayted” səfərdə “Vest Bromviç”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
“Vest Bromviç” – “Mançester Yunayted” – 1:1
Qollar: Dyan, 2 (1:0), Fernandeş, 44 (1:1)
Bu nəticədən sonra “MY” bir oyun az keçirən lider “Mançester Siti”dən 7 xal geri qalır və 2-ci pillədə qərarlaşır. “Şəhərlilər”in 53, “qırmızı şeytanlar”ın 46 xalı var. 3-cü pillədə olan “Lester” də aktivinə 46 xal yazdırıb.


