Xətai rayonunda yerləşən şadlıq sarayından ətrafa yayılan qatı tüstü ətrafdakı binaların sakinlərinin narazılığına səbəb olub.
General Əliağa Şıxlinski küçəsi, 42 ünvanında yerləşən “Afrodita Palace” şadlıq sarayında hər dəfə toy olanda ətrafdakı binaların sakinləri nəfəs almaqda çətinlik çəkirlər.
“Xüsusən də kabab bişirəndə ətrafa o qədər qatı tüstü yayılır ki, pəncərələri kip bağladıqda belə qoxudan nəfəs almaq olmur”, – deyə şikayətdə bildirilir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, “Afrodita Palace” şadlıq sarayından havaya tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat nazirliyin və aidiyyəti qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb.
“Aparılan araşdırma və ölçmə işləri zamanı mövcud qaz-toztutucu qurğuya texniki xidmət göstərilməməsi səbəbindən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və hazırda obyektin səlahiyyətli nümayəndəsi Elton Duniamalıyev barəsində qanunamüvafiq tədbir görülür”, – deyə İ.İbrahimova vurğulayıb.
Qeyd edək ki, ötən il adıçəkilən şadlıq sarayı analoji səbəbdən 2 500 manat cərimələnib.
TREND
- “ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- Sumqayıtın Ukrayna icması CƏRİMƏLƏNDİ
- Məktəbli formasına nəzarət güclənir – Monitorinqlər keçiriləcək
- AQTA sədri “Rəmzioğlu Paxlava” MMC-nin fəaliyyəti ilə tanış olub
- Fermerlər üçün kredit əlçatanlığı: Zəmanət mexanizmləri niyə işləmir?
- “Afrodita Palace”a cərimə də təsir etmədi
- ARDNF-nin aktivləri son bir ayda $1,45 milyard azalıb
- “İrşad Electronics”də 240 min manatlıq qalmaqal: keçmiş şöbə müdiri hakim qarşısına çıxır


