2014-cü ilin Nobel Sülh Mükafatı laureatı Malala Yusufzay ailə həyatı qurub.
BAKU.NEWS xəbər verir ki, bu barədə 24 yaşlı M.Yusufzay Tvitter hesabında paylaşım edib.
O, İngiltərənin Birminhem şəhərindəki evində Asser Maliklə evlənib.
Qeyd edək ki, 15 yaşında başından vurulan və “Taliban” güllələrinə tuş gələn M.Yusufzay sağaldıqdan sonra bütün dünyada qızlar və qadınlar üçün gördüyü işlərlə tanınır.
Xatırladaq ki, M.Yusufzay 2014-cü ildə 17 yaşında olarkən uşaq hüquqlarını müdafiə edən Kaylaş Satyartxi ilə birgə Nobel mükafatına layiq görülmüşdü.





