Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri Hikmət Çetinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.
Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”
TREND
- Agentlik “Aztelekom”un müraciətinə cavab verdi: “İnternetin sürəti dəyişsin, qiyməti yox”
- Azərbaycanda “Temu”ya qarşı aparılan araşdırma başa çatıb
- Azərbaycan Qadını – Dünən, Bu gün, Sabah – FOTOLAR
- İlham Əliyev Hikmət Çetinin ailəsinə başsağlığı verdi
- İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu – Siyahı
- Aparıcıların AzTV-yə qarşı 35 minlik məhkəmə iddiası ilə bağlı QƏRAR AÇIQLANDI
- SOCAR Midstream Operations rəhbərliyi Gürcüstanda görüşlər keçirib
- Azərbaycan “China Energy” ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib


