Lənkəranın Vilvan kənd həkim məntəqəsin acınacaqlı vəziyyətdədir.
Bu barədə BAKU.NEWS-a kənd sakinləri məlumat veriblər.
Bildiriblər ki, 6000 əhalisi olan Vilvan kəndində olan tibb müəssisəsi uzun müddətdir ki, baxımsız vəziyyətdə qalıb. Sakinlər bildirirlər ki, əgər qısa müddət ərzində təmir olunmasa bu müəssisə daha da dağılıb fəsadlara yol aça bilər.
Kənd sakinləri yaranmış vəziyyətlə bağlı müvafiq qurumlara müraciət etsə də heç bir nəticə olmayıb.
Sözügedən məsələ ilə bağlı səlahiyyətli orqanların mövqeyini də dərc etməyə hazırıq.



















