“Biznes kreditinə nisbətdə istehlak kreditlərinə təlabat və bu kreditin faizi çoxdur. Banklar vətəndaşların vəziyyətini nəzərə alaraq kredit faizlərinə yenidən baxmalıdır”.
BAKU.NEWS xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Abbaszadə “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən konfransda bildirib.
O qeyd edib ki, banklar işğaldan azad edilmiş ərazilərdə kreditə əlçatanlıqla bağlı məsələyə xüsusi önəm verməlidir. Onun sözlərinə görə, dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyət üçün güzəşt və imtiyazlar verilib: “Banklar da Qarabağ və Şərqi Zəngəzur üçün kredit şərtlərinə yenidən baxmalıdır”.


