Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.
Redaksiya Oxu.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.
Xatırladaq ki, Lənkəran şəhərindən olan əsgər Orxan Şabanov 1 il 3 ay hərbi xidmət keçdikdən sonra oktyabrın 13-ü xidmət etdiyi hərbi hissədə aldığı güllə yarasından həlak olub. O, oktyabrın 14-ü Lənkəran şəhərindəki qəbiristanlıqda dəfn edilib.
TREND
- Bakıda sumo üzrə dünya çempionatının açılış mərasimi keçirilib – FOTOLAR
- Arzu Hacıyevaya yeni vəzifə verildi
- “Kapital Bank” qapalı hərracla 50 milyon manat borca girib
- Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
- Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
- Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
- Hikmət Hacıyev həmin tarixdən yazdı


