“Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Aztelekom” MMC-nin internetin minimum sürətinin və buna uyğun tarifin artırılması ilə bağlı müraciətini rədd edib”.
Redaksiya xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Qeyd olunub ki, hazırda istifadəçilərin 90 faizdən çoxu 100 Mbit/s və daha aşağı sürətli internet paketlərindən yararlanır. Buna görə də minimum sürətin artırılmasının bütün abonentlər üçün zəruri olmadığı və istifadəçilərə seçim imkanının yaradılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə internet tariflərində dəyişiklik edilib. Həmin vaxt minimum paket 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilib. Nəticədə minimum aylıq ödəniş təxminən 40 faiz artıb.
Ekspert əlavə edib ki, ölkə üzrə keyfiyyətli və yüksəksürətli internetin təmin edilməsi vacib olsa da, bu, minimum tarifin hamı üçün artırılması hesabına həyata keçirilməməlidir. Vətəndaşların xidmətə maddi əlçatanlığının qorunması və fərqli paketlər arasında seçim edə bilməsi əsas şərtlərdən biri kimi göstərilib.


