Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun ikinci turniri keçirilib.
Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 21 klub, cəmiyyət və idman təşkilatından olan 61 cüdoçu tatamiyə çıxıb. Turnirdə idmançılar -60 kq., -66 kq., – 73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində medallar uğrunda mübarizə aparıb.
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.
Medalçıların siyahısını təqdim edirik:
-60 kq.
1. Rəşad Məmmədov
2. Hüseyn Allahyarov
3. Murad Muradlı
3. Aşur Əliyev
-66 kq.
1. Rəşad Yelkiyev
2. Tofiq Əliyev
3. Samir Əzimli
3. Qasım Vəlizadə
-73 kq.
1. Telman Vəliyev
2. Rüfət Şövlətov
3. Hüseyn Məmmədzadə
3. Nihad İsmayılov
-81 kq.
1. Kərim Allahverdiyev
2. Zaməddin Poladov
3. Elcan Şəfiyev
3. Məmmədrza Hacızadə
-90 kq.
1. Əli Hacızadə
2. Musa Hüseynli
3. Rəşadət Paşazadə
3. Tuncay Şamil
-100 kq.
1. Rəsul Aydəmirov
+100 kq.
1. İmran Yusifov
2. Qurban Məmmədli
3. Toğrul Salmanov


