Dünyanın qabaqcıl tibb jurnallarından “The New England Journal of Medicine”də dərc edilən araşdırmada bildirilib ki, COVID-19-a yoluxanlarda yaranan immun reaksiyanın “omicron” variantına qarşı effektiv qoruyuculuğu yoxdur.
BAKU.NEWS xəbər verir ki, bu insanların “omicron” variantına yoluxma riskinin güclü olduğu deyilir.
Qətərdə COVID-19 xəstələri üzərində aparılan araşdırmada məlum olub ki, bu insanların immuniteti “omicron” variantına qarşı 56% qoruyuculuq təmin edir.
Digər tərəfdən, COVID-19 keçirən insanların “alfa” variantına qarşı qoruyuculuğunun 90,2%, “beta” variantına qarşı 85,7%, “delta” variantına qarşı isə 92% olduğu qeyd edilib.


