2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə Göygöl Gənclərinin Forumu keçirilib.
Göygöl rayon Gənclər Evində keçirilən Forumda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənc mütəxəssislər, hərbiçilər, qazilər, idmançılar və fəal rayon gəncləri iştirak ediblər.
Tədbirdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə rayonunun ictimai həyatında öz fəallığı ilə seçilən gənclər müxtəlif nominasiyalar üzrə Göygöl Rayon İcra Hakimiyyəti başçısının Fəxri Diplomları ilə təltif ediliblər.
Mükafat alanlar arasında Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova da var.
Kəmalə Nəhmədova ona göstərilən etimada görə təşəkkür edib:
“2 fevral – Gənclər Günü” münasibətilə gənclərlə iş sahəsində uğurlu əməkdaşlığa görə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev tərəfindən təltif olunduq. Bu mükafata layiq görülmək qürurvericidir. Göstərilən etimada görə təşəkkür edirəm!


