İyulun 2-dən 7-dək Daşkəsən rayonunda Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin təşkilatçılığı ilə “Karyerana başla” yay məktəbi keçiriləcək.
Düşərgənin məqsədi gənclərin “Karyerama haradan? Necə başlayım?” suallarına cavab tapmağa imkan yaratmaq, onların karyera planlamasına istiqamət vermək, peşə seçimində dəstək olmaqla inkişaflarına töhfə verməkdir.
Qeydiyyat üçün link: https://forms.gle/Gch4EhAkVtkAHq3n6
Son qeydiyyat tarixi: 23 iyun, saat 23:00-dək
Məkan: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi


