“Kapital Bank” müştərilərinə 2 milyon yarım kart təqdim edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktoru Fərid Hüseynov bu gün keçirilən mətbuat konfransında deyib.
Bankın sədri qeyd edib ki, bu rəqəmin 35 faizi onlayn müştərinin sifarişi ilə rəsmiləşdirilib. Ümumiyyətlə isə bank kart bazarında liderdir.
Qeyd edək ki, bankın 5 milyon müştərisi var ki, bunun da 3 milyonu “Birbank” müştərisidir.


