Millət vəkili Jalə Əhmədova “Zəfər Yolu” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.
Bu barədə deputat öz facebook səhifəsində məlumat verib.
““Zəfər Yolu” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif edildim.
Fəxri Fərmanda deyilir: Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və suverenliyimizin qorunması istiqamətində yürütdüyü müdrik siyasəti dəstəklədiyinə və xalqın tərəqqisi naminə göstərdiyi xidmətlərə görə təltif edilir.
Böyük qürur hissi ilə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin daha da güclənməsi, xalqın rifahının daha da yaxşılaşmasına həsr etdikləri məqsədyönlü fəaliyyətləri mənim üçün bir nümunədir, örnəkdir.
Fəaliyyətimə verdiyi dəyərə görə isə “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızına öz dərin təşəkkürümü bildirirəm”.


