“Koza nostra” cinayətkar qruplaşmanın liderlərindən biri Matteo Messina Denaro İtaliyanın Lakuila şəhərindəki həbsxanada 63 yaşında vəfat edib.
BAKU.NEWS xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Məlumata görə, o, 2020-ci ildən yoğun bağırsaq xərçənginin ağır formasından əziyyət çəkirdi. Bu ilin yanvarında tutularaq cəzaçəkmə müəssisəsinə salındıqdan sonra o, həbsxana xəstəxanasında iki dəfə əməliyyat olunub.


