İsveçrənin Sürix şəhər mərkəzindən 58 kilometr aralıda 4,4 bal gücündə zəlzələ baş verib.
BAKU.NEWS xəbər verir ki, zəlzələ digər Avropa ölkələrində də hiss olunub.
Yeraltı təkanlar nəticəsində dağıntı və təlafatın olmadığı bildirilib.
İsveçrə Seysmoloji Mərkəzinin açıqlamalarına görə, zəlzələ İtaliyanın şimalında və Almaniyanın cənubunda, eləcə də Fransa və Lüksemburqda da hiss olunub.
Mənbə: Haber Global


