İran Hörmüz boğazına yeni idarəetmə və hüquqi qaydalar tətbiq edərək bütün regionun inkişafı və asayişinə töhfə verəcək.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Seyid Müctəba Xamenei İranda Fars Körfəzi Milli Günü münasibəti ilə müraciətində bildirib.
İranın Ali Lideri qeyd edib ki, İran Hörmüz boğazına idarəetmə tətbiq etməklə Fars körfəzi regionunu təhlükəsiz edəcək və qarşı tərəflərin ondan sui-istifadə etməsinin qarşısını alacaq. Yeni idarəetmə bölgədə iqtisadi inkişafa öz töhfəsini verəcək.
Xamenei əlavə edib ki, İranın elm, sənaye, müxtəlif texnologiyalar, nano, bio, nüvə və raket texnologiyaları milli sərmayədir və bütün su və quru sərhədlərini qoruyacaq.
“İran Fars körfəzində ən uzun sahilə sahib ölkədir və körfəzin müstəqilliyi, eləcə də əcnəbilərlə mübarizədə portuqaliyalıların körfəzdən çıxarılmasından tutmuş Hörmüz boğazının azad edilməsinə qədər daha çox səylər göstərib”, – deyə o qeyd edib.
Qeyd edək ki, 30 aprel 1622-ci ildə Şah Abbas Səfəvi dövründə portuqaliyalılar İranın cənub suları və Hörmüz boğazından çıxarılıb. Bu məqsədlə 2005-ci ildə İranda 30 aprel Fars Körfəzi Milli Günü adlandırılıb.
TREND
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı
- Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
- İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
- ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib


