“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərovun atası Rasim Əsgərov 67 yaşında vəfat edib.
1956-cı ildə Gəncədə anadan olan Rasim Vəli oğlu Əsgərov II qrup Qarabağ müharibəsi əlili olub və uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. O, Vətənin dar günündə onun müdafiəsinə qalxıb və I Qarabağ müharibəsində iştirak edib. Həm orduda, həm də Daxili İşlər orqanlarındakı qüsursuz xidmətlərinə görə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılıb.
“İMZA” İB-nin rəhbərliyi və kollektivi Xəyyam Əsgərova atasının vaxtsız vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət eləsin!


