“İcbari tibbi sığortanın xidmətlər zərfinə yeni tibbi xidmət daxil ediləcək”.
BAKU.NEWS xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib.
O bildirib ki, travmatoloji, oftalmoloji, ürək-damar cərrahiyyəsi və orqan transplantasiyası üzrə əməliyyatların artırılması nəzərdə tutulur.
“Qaraciyər transplantasiyası üzə illik 100 əməliyyat, böyrək transplantasiyası üzrə illik 150 əməliyyat və sümük iliyi və ya kök hüceyrələrin transplantasiyası üzə illik 20 əməliyyat sığorta limiti tətbiq edilir”, – deyə Leyla Lətifova bildirib.
Daha sonra Lətifova həkimlərin iş saatına da toxounub. O, bildirib ki, dövlət tibb müəssisələrində həkimlərin gün ərzində iş saatı 6 saatdır.
“Tibbi müayinənin növündən və xüsusiyyətindən asılı olaraq iş günü həddi 15-35 pasiyent arasında dəyişir. Orta hesabla hər pasiyentə ən azı 12-15 dəqiqə vaxt ayrılır”.


