27 may tarixində Qurban bayramı münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində “Qurban Yarmarkası – Bərəkət Festivalı” keçiriləcək.
Festival çərçivəsində Şərqi Zəngəzur və ətraf bölgələrdə fəaliyyət göstərən fermer və heyvandarlıq təsərrüfatları tərəfindən təqdim olunan qurbanlıqlar birbaşa satışa çıxarılacaq. Yarmarkada qonaqlar üçün – yerində kəsim xidməti, milli mətbəx nümunələri, canlı musiqi proqramı, həmçinin uşaqlar üçün əyləncə zonaları nəzərdə tutulur.
Festival Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dəstəyi ilə baytarlıq nəzarəti və sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla təşkil edilir. Məqsəd yerli fermerlərə dəstək olmaq, bölgədə kənd təsərrüfatı fəaliyyətini təşviq etmək və qurbanlıq heyvanların alışını daha rahat və təşkilatlanmış formada həyata keçirməkdir. Korporativ və sosial məqsədli qurban paylarının təşkili üçün platforma rolunu oynayacaq tədbir şirkət və qurumların birbaşa fermerlərlə işgüzar əlaqələrini təmin edəcək.
TREND
- Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək
- Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb
- Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- Nailə Kələntərli kollektivə təqdim olundu
- Sürət həddi endirilib – Sürücülərin nəzərinə!
- QHT Agentliyi BMT-nin Cenevrə Ofisinin QHT-lərlə Əlaqələr İdarəsi ilə görüş keçirib
- FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- Avtobus palçıqlı yolda batdı


