“Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasimində Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva, məktəb rəhbərləri, valideynlər, məktəblinin dostları və şagirdlər iştirak ediblər.


